Beynəlxalq

“Qanun” nəşriyyatından İlqar Məmmədova həsr edilmiş flayerləri müsadirə ediblər

Real hərəkatı “Qanun” nəşriyyatında axtarışla bağlı bəyanatla çıxış edib.

Təşkilat hesab edir ki, axtarışa iyunun 14-də hərəkat lideri İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlər səbəb olub.
Bu haqda contact.az məlumatlandırıb.
Flayerlər Məmmədovun həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırmaq məqsədi ilə sifariş olunmuşdu.

Flayerlərin müsadirəsi və onların yayılması üzrə planlaşdırılan aksiyaya hakimiyyətin reaksiyası onun Məmmədovdan 3 ildən çoxdur qanunsuz olaraq həbsdə saxlanılan Məmmədovdan çəkindiyini göstərir.

Əməliyyatı “bomba axtarışı” adlandıran hakimiyyət, görünür, bu flayerlərin yayılmasının “bomba” effekti yaradacağını düşünürmüş.

* İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı şəhərindəki iğtişaşlarla bağlı həbs edilib və sonradan 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. AİHM-nin hələ 2014-cü ilin mayında həbsin qanunsuz olduğu haqqında qərar qəbul etməsinə baxmayaraq, o, hələ də həbsdə saxlanılır

Daha çox göstər
Back to top button