İdman

Almaniya Ərdoğanı müdafiə edən türkləri çağırıb ki, ağıllarını başına alsın, əgər bu ölkədə qalmaq istəyirsələr

Almaniyanın daxili işlər üzrə dövlət katibi Günter Krings Almaniyada yaşayan türkləri xəbərdar edib ki, Ərdoğanın nifrət təbliğ edən ritorikasına riayət etmək onlar üçün pis nəticələrə apara bilər.

Rheinischen Post mətbusuna əsasən, Krigs Almaniyada yaşayan türkləri Ərdoğanın yürütdüyü siyasi xəttdən uzaq qalmaq çağırıb. “Ərdoğanın təbliğlərini izləyənlər özlərinə sual verməlidir ki, bizdə qalmaq istəyirlər, yoxsa yox? Belə düşünmək o deməkdir ki, o bütünlüklə dövlətimiz ilə və hüquqi sisemimiz ilə integrəşməyib.”-deyə daxili işlər üzrə dövlət katibi bildirib.

Bavariyanın daxili işlər naziri Yoaxim Herman öz nöbəsində Bundestagın deputatların ünvanına Erməni soyqırımı formulasının qəbul edilməsi səbəbiylə Türkiyə hakimiyyətlərinin və Almaniyanın islam birliyinin etdiyi elanları tənqid edib. “Mən düşünürəm ki, Türkiyə hakimiyyətlərinin və Ditibin apardığı müzakirələr ən azı qəribədir. Bu Ərdoğanın ideoloqiyasını əks etdirir ki, onun da haqqında mən daima xəbərdar etmişəm. O milliyyətçə türk almanlardan daima türk qalmaq tələb edir. Lakin Bundestagdakılar təkcə Almaniya Federativ Respublikasının maraqlarına və onun xalqına xidmət edir.-deyə Herman bildirib.

Daha çox göstər
Back to top button