BMT vəkalətlisi DQ zonasında beynəlxalq hüququn pozulmalarıyla narazıdır

BMT insan haqqları üzrə vəkalətlisi Zeyd Raad al-Hüseyin Cenəvrədə təşkilatın insan haqqları şurasında öz çıxışında bəyan edib ki, dünyanın 50-dən çox ölkələrində hakim vəziyyət və mövcud olan meyllər narahatlığa gətirib çıxarır.
Vəzifəli öz sözündə həmçinin Qarabağ münaqişəsi zonasındakı son gərginləşmələrə toxunub. “Biz DQ münaqişəsi zonasında təmas xəttinin boyunca baş vermiş hərbi əməliyatların konktekstində beynəlxalq hüququn pozulmaları haqqında xəbər almışıq. Söhbət xüsusən aprel ayından gedir. Köçkün insanların problemlərini həll etmək üçün əhəmiyyətli səylər lazımdır.”-deyə Zeyd Raad al-Hüseiyn elan edib.
Rəsmi deyib ki, idarə zərər çəkmiş rayonlarda insan haqqları ilə bağlı ehtiyaclara dair obyetiv məlumat yığmaqda kömək etməyə hazırdır.