Siyasət

Cem Özdemir: Almaniyada məsuliyyətdən danışırıq və kimdə buna mane ola bilmir, hətta Ərdoğan

Almaniya parlamenti tərəfindən iyunun 2-də Erməni soyqırımı haqqında formulanın qəbul edilməsindən sonra hədə-qorxular aldığı Yaşıllar partiysının miliyyətçə türk həmsədri Cem Özdemir bəyan edib ki, özləri Almaniyanın məsuliyyətindən danışırlar və buna kimsə mane ola bilməz.

Erməni soyqırımı haqqında formulanın qəbul edilməsi məsələsində əhəmiyyətli rolu olmuş Cem Özdemir alman Birinci kanalı efirində özünün aldığı hədə-qorxular haqqında danışıb. Bu haqda “Agos” yazır.

“Təəssüf olaraq, millətlərdə də ifratçılar var, lakin ən mühümü onlara yol verməməkdir.”-deyə Özdemir bildirib. “Təhqir edici ifadələr edənlər qərarın mətnini oxumayıblar və məni dinləməyiblər. Biz Almaniyanın məsuliyyətindən danışırıq və kimsə bunu qadağan edə bilməz, hətta Türkiyə prezidenti.”-deyə o bildiib.

Xatırladaq ki, Erməni soyqırımının tanınmasından sonra milliyyətçə türk deputatlara qarşı hədə-qorxular artmışdı. Özdemir deyib ki, öz fəaliyyəti ərzində özünə ikinci dəfə cangüdən ayırırlar, iki halda da Türkiyə ilə bağlı olub.

O qeyd edib ki, ölkə prezidenti səviyyəsiylə təşkil edilmiş kampaniyanın həfədi olmaq özü üçün yenilik idi.

“Siyasətçi olaraq, ilk dəfə deyil ki, oxşar şey görürəm, lakin əgər nəticələrə müqavimət göstərə bilməsəm, niyə iştirak etdim? Mənim həyatım keçmişdə olduğu kimi davam edir. Tək fərq odur ki, müxtəlif yerlərə gedəndə indi daha böyük qrup ilə gedirəm. Və maraqlısı odur ki, ömrümdə iki dəfə cangüdənim olub, iki dəfə də türklərin səbəbiylə. Sizcə, bu Türkiyədən kənarda siyasət ilə məşğul olan alman xadim üçün məntiqsiz deyilmi?”-deyə o əlavə edib.

Daha çox göstər
Back to top button