A.Zakaryan: ”Ermənistan S.Peterburqda çalışacaq Vyanada əldə olunan şərtləşməni həyata keçirsin”
RF Sankt Peterburq şəhərində qarşıda keçiriləcək Ermənistan , Rusiya və Azərbaycanın prezidentlərinin üçtərəli görüşündə əsas məsələ Ermənistan üçün Vyanada əldə olunan şərtləşmələri həyata keçirmək imkanlarını müzakirə etmək olacaq.
Bu haqda, bu gün mətbuat icmalı zamanı jurnalistlərlə görüşündə ER MŞ xarici münasibətlər üzrə daimi komissiyanın sədri Artak Zakaryan bildirib.
“Vyanada səslənən bəyanatda dəqiqliklə qeyd olunub ki, ATƏT fəaliyyətdəki sədrin şəxsi təmsilçisi idarəsinin monitorinq bacarıqlarını genişləndirmək, araşdırıcı mexanizmlərini atəşkəs rejiminin pozuntusu üçün tədbiqi və ondan doğan qəyyum atəşkəsin olması olduqca vacibdir”-deyə Ermənistanın Respublika partiyası qruplaşmasının deputatı bildirib.
Onun sözlərincə, hər şey Azərbaycanın davranışından asılı olacaq. Lakin bir şey aydındır Sankt Peterbur görüşünü danışıq adlandırmaq olmaz, ona görə ki, böyük hesabla danışmağa nəsə yoxdur. Aydın həqiqət var. Gərək Qarabağ və Azərbaycan sərhəddində qəyyum və zəmanətli atəşkəsimiz olsun.
“Ümid edək ki, Rusiya prezidentinin bu yüksək missiyası şəraitlərində mümkün olacaqdır ki, Azərbaycanı məcbur etsin aydın həqiqətlə hesablaşsın ki, hərbi yolla DQ məsələsinin həlli yoxdur” –deyə Artak Zakaryan qeyd etdi.