Beynəlxalq

Daşkəsəndə müxalifət fəalı Nəsimi Qafarov 15 sutkalığa həbs olunub

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Daşkəsən rayon təşkilatının sədri, 23 yaşlı Nəsimi Qafarov 15 sutkalığa həbs olunub. O, “polisə tabe olmamaqda” təqsirli bilinir. Lakin VHP-dən hesab edirlər ki, fəal ötən həftə Daşkəsəndə yerli sakinlərlə ombudsman Elmira Süleymanovanın görüşünə əngəl törədilməsi barədə məlumatın KİV-də yayılmasına görə həbs edilib. Bu barədə Turan-a VHP-dən bildirilib.

Bu haqda contact.az məlumatlandırıb.

Belə ki, E.Süleymanova ilə görüş istəyən sakinləri İcra Hakimiyyətinin otaqlarından birinə toplayıblar. Lakin onlar ombudsmanla görüşə bilməyiblər. E.Süleymanova isə yerli “fəal” ilə insan hquqlarının təminatı üzrə milli proqramın reallaşması mövzusunda tədbir keçirib.

N.Qafarov vətəndaşların müdafiəsinə qalxaraq ombudsmanla görüş tələb edib və vətəndaşların aldadılması barədə məlumatı KİV-ə ötürüb.

İyunun 14-də gecə yarısına yaxın gənci polisə aparıblar. O, polisə tabe olmamaqda ittiham edilib. N.Qafarov guya polis rəisinin müavininin avtomobilini ötüb keçmək istəyib və onun tələblərinə tabe olmayıb.

VHP bəyanatla çıxış edərək “özbaşınalığa son qoyulmasını və Nəsimi Qafarovun azad olunmasını” tələb edib.

Daha çox göstər
Back to top button