Siyasət

Ermənistan və Rusiyanın HQM sistemlərinin birləşdirilməsi üzrə müqavilə Ermənistanın maraqlarından çıxır

Ermənistan və Rusiyanın HQM sistemlərinin birləşdirilmə müqaviləsi Ermənistan maraqlarından çıxır. Bu barədə jurnalistlərlə görüşdə ER sabiq müdafiə naziri, general-leytenant Vağarşak Harutyunyan bildirib.

“Erməni-rus hərbi-siyasi əlaqələrin sayyəsində biz 1992-ci ildə mövcud olan havaya qarşı vasitələri qoruya bilmişik, onları inkişaf etdirə bilmişik, yüksək səviyyəyə çatdıra bilmişik. Və bu gün bizim elə HQM var ki, belə sistem nə Azərbaycanda, nə Gürcüstanda yoxdur, hətta bəzi vasitələr Türkiyədə yoxdur. Bu müqavilə Ermənistanın maraqlarından çıxır, o təhlükəsizliyimizi qoruyur, müstəqilliyimiz gücləndirir.”-deyə Vağarşak Harutyunyan bildirib.

O qeyd etdi ki, birgə havaya qarşı müdafiə sistemi işləyəcək əgər hansısa ölkəyə qarşı təcavüz törədilsə. “Əgər Rusiyanın ya da Ermənistanın istiqamətində hərbi təcavüz işlədilsə, o halda birgə sistem işləyəcək. Əgər məsələn, Rusiya bir ölkəyə qarşı müharibəyə başlasa, onda Ermənistanın burada işi yoxdur. Eyni şərt işləyəcək, əgər Ermənistan müharibəyə başlasa.”-deyə Vağarşak Harutyunan bildirib. ER MŞ xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan dedi ki, bu sənəd bir gündə Milli şuraya gətirilməyib. O 3 illik ciddi danışqılar prosesindən keçib.

“Ermənistan və Rusiyanın birgə HQM sistemini yaratmaq vacibliyi görünüb, çünki elə problemlər var ki, onlar da müştərək həll olunmalıdır. Və beləliklə danışqıların nəticəsində bu müqavilə var. O aprel hadisələridndn əvvəl imzalanmışdır, əsas məqsəd odur ki, birgə əməliyyatlarla bütün hədələrə müvafiq cavab verək.

Daha çox göstər
Back to top button