Yanvar-may aylarında Azərbaycanda qızıl hasilatı 13% azalıb

2016-cı ilin yanvar-may aylarında Azərbaycanda qızıl hasilatı 784?3 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2016-cı ilin may ayında Azərbaycanda 187,2 kq qızıl hasil olunub.
Hasil edilən qızıl emala göndərilib.
2015-ci ildə Azərbaycanda 2 229,3 kq qızıl hasil olunub, hasilatın həcmi 19,1% artıb.
Azərbaycan hökuməti 2016-cı ilin yekunları üzrə qızıl hasilatının həcmini 1 min 891,6 kq səviyyəsində proqnozlaşdırır.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı isə 2013-cü ilin III rübündən həyata keçirilir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.