Beynəlxalq

Avropa Məhkəməsi Azərbaycana qarşı 13 şikayət üzrə qərar çıxarıb

Avropa Məhkəməsi Azərbaycana qarşı 13 şikayət üzrə qərar çıxarıb

İyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 şikayət üzrə qərarlarını elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev facebook səhifəsində yazıb.

Bu haqda contact.az məlumatlandırıb.

Vəkil bildirir ki, qərar çıxarılan işlərin ikisini o müdafiə edib. “Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6 və 11-ci maddələrinin (azadlıq hüququ, ədalətli araşdırma hüququ və sərbəst toplaşma azadlıqı) pozuntusunu tanıyıb. Kompensasiya məbləqi 13150 avrodur.

Elan olunan qərarların 11-i isə vəkil İntiqam Əliyevin apardığı seçki işləri üzrədir. Qərarlarda azad seçki hüququnun pozuntusu tanınınb. Hər bir iş üzrə kompensasiya 11000-12000 avro təşkil edir.

İşlər bu şəxslərin şikayətləri üzrədir: Qaya Əliyev, Şakir Məmmədov, Fuad Əliyev, Əmrulla Dadaşzadə, Xaliq Hacıyev, Ziyafət Hüseynli, Akif Cavadov, Səxavət Soltanov, Elnur Məcidli, Arzuman Məcidli, İntiqam Əliyev.

Daha çox göstər
Back to top button