Beynəlxalq

“France 2” UEFA və SOCAR arasındakı şübhəli əməkdaşlığa toxunub

Fransalı France 2 ictimai telekenalı Avropa futbol asossiyasiyaları tərəfindən Avro-2016 oyunlarının keçirilməsi sponsorlarına toxunub, azərbaycanlı SOCAR şirkətini göstərməklə.

Reportajda qeyd edildiyi kimi, UEFA-nın və onun 16 sposorları arsındakı əməkdaşlıq yalnız pul məsələsi olmamalıdır,eləcə də dəyərlər üzərinə əsaslanmalıdır. “Avro-2016 və bütün sponsorlar BMT Dünya konvensiyasının 10 prinsiplərinə sadiqdir ki, onlar da insan hüquqlarına, ətraflı mühitin işinə və korrupsiyaya dairdir.”

Qeyd edilir ki, SOCAR azərbaycanlı neft şirkətidir. Bu ölkə özünü modernizmin və ənənəvi dəyərlərin daşıyıcısı kimi təmsil edir, dini tolerantlığın daşıyıcısı kimi. Beləliklə, “əks” tərəfi də var. “Sərhədsiz reportyorlar” təşkilatının son qiymətinə əsasən, Azərbaycan siyahının son 163-cü yeri tutur Libiyadan qabaq.

Qeyd olunur ki, Azərbaycan həmçinin Avropa parlamenti tərəfindən qəbul edilmiş formulada tənqidə məruz qalıb harada ki, parlamentarlar Azərbaycan hakimiyyətlərini mülki cəmiyyətə qarşı təzyiqlərə son qoymaq və insan hüquqlarına təkan vermək çağırırlar.

Araşdırıcı jurnalist Loran Riçard deyir ki, Azərbaycan üçün Avro-2016-da sponsorluq etmək xeyli mühümdür və bununla da xarici müraciətlər etməyə çalışır ki, bu Azərbaycandır: özləri idman ruhunda azaddır və BMT-nin bütün dəyərlərini hörmət edirlər.

Vurğulanır ki, UEFA elə bir ölkənin şirkəti ilə əməkdaşlıq edir hansı ki, insan hüquqlarını hörmət edir, lakin burada, reportajda qeyd edildiyi kimi, UEFA heç bir ziddiyət görmür.

Reportajın hazırlanması üçün jurnalsitlər UEFA-ya müraciət ediblər ki, o da cavab verib: “UEFA geo-siyasi məsələlər şərh etmir.” Suallar həmçinin SOCAR şirkətinə ünvanlanmışdır lakin cavabsız qalıb.

Jurnalist reportajın sonunda deyir: “SOCAR-ın nefti var, lakin mətbuat spikeri yoxdur.”

Daha çox göstər
Back to top button