
ATƏT MQ amerikalı həmsədri Ceyms Uorlik Sanqt Peterburqda iyunun 20-də keçiriləcək Sarkisyan-Əliyev-Putin görüşündə iştirak edəcək. Bu hadqa “Ria Novosti” xəbər verir.
“Mən bu görüşdə iştirak edəcəyəm və o günü dözümsüzlüklə gözləyirəm. Biz ümidvarıq ki, tərəflər sərhəd insidentlərin araşdırıcı mexanizmin yerləşdirilməsi ətrafındakı razılaşmaları başa çatdrıacaqlar və nizamlanmaya aparan danışıqlar prosesini bərpa edəcəklər.”-deyə amerikalı diplomat bəyan edib.
Daha əvvəl elan edilmişdi ki, iyunun 20-də Sanqt Peterburqda RF prezidenti Valdimir Putin ayrılıqda Ermənistan və Azərbaycan prezidentləri ilə görüşəcək ki, ondan sonra da üç prezidentlərin üçtərəfli görüşü baş tutacaq. Xatırladaq ki, bu günlərdə Sanqt Peterburqda beynəlxalq iqtisadi forum başlayıb.