Ekonomika

Hovik Abrahamyan : Aprel hadisələri hərbi sənayenin inkişafının yeni yanaşmalarının təkanı idi

ER və DQR sərhədində “nə müharibə, nə sülh” vəziyyəti və xüsusən aprel hadisələri hərbi sənaye kompleksinin inkişafı üçün yeni yanaşmaların tətbiq edilməsi vacibliyinin ciddi təkan idi. Bu barədə baş nazir Hovik Abrahamyan hökumətdə keçirilmiş hərbi sənaye komissiyasının birinci iclası zamanı elan edib.

“Bizim ilk növbəli problemlərimiz sırasında daima sərhədlərimizin müdafiəsi və ölkənin təhlükəsizliyinin ümidli təmin edilməsini mühüm saymışıq. “Bu həyat məsələsinin həlli işində innovasiya texnoloqiyalarının, elm nailiyyətləri üzərinə əsaslanmış hərbi sənaye kompleksinin silahlanması və gələcəkdə sabit inkişafı həddən artıq mühümdür.”-deyə o bildirib.

Hovik Abrahamyanın sözlərincə, hərbi sənaye subyektlərinin sırasında ER hərbi sənaye komissiyasının özünə xass yeri var. Komissiyanın məqsədi sahənin inkişafı naminə təkliflərin aşılanması və ER hökumətinə təqdim etməkdir. Komissiya ölkənin müdafisinin inkişafı işində öz rolunu ifa etmək üçün əlindən gələni edir.
Baş nazir xatırladıb ki, 2015-ci il martın 25-də ER MŞ qanun qəbul etdi hərbi sənaye kompleksi haqqında ki, onun da məqsədi ER hərbi sənaye kompleksinin sabit, sistemləşdirilmiş, hüquqi, iqtisadi, sosial, eləcə də elmi, elmi-texniki kadr siyasətin əsaslarının yaradılmasıdır. Hökumətin ictimaiyyət ilə əlaqələr idarəsindən verilən məlumata əsasən, iclasda ER hərbi sənaye komissiyasının katibi vəzifəsində ER nazir müavini, hərbi sənaye dövlət komitəsinin sədri Davit Paxçanyanın namizədi təsdiqlənib. Bundan əlavə hərbi-texniki və elmi-texniki şurasının komissiyaların namizərlikləri təsdiqlənib.

Daha çox göstər
Back to top button