Viktor Koçaryan: Quliyev və Əsgərov əsirlər yox, təxribatçılardır

Azərbaycanın girovlar və itkin düşmüşlər üzrə dövlət komissiyasının rəhbəri İsmayil Axundov bəyan edib ki, Azərbaycan QXMK vasitəçiliyi ilə “qısa müddətdə” DQ-a azadlıqdan məhrum edilmiş Aərbaycan vətəndaşları Dilgam Əsgərovun və Şahbaz Quliyevin, eləcə də Azərbaycanda azadlıqdan məhrum edilmiş ER vətəndaşı Arsen Bağdasaryanın azad edilməsi məsələsinin müzakirəsinə başlaya bilər.
DQR əsirlər, girovlar və itkin düşmüşlər məsələləriylə məşğul olan dövlət komissiyasının sədri Viktor Koçaryan Panorama.am ilə söhbətdə dedi ki, elanla tanış deyil, özünün başçılıq etdiyi komissiyada isə belə məsələ müzakirə edilməyib. Əgər QXBK bu təklifi Artsax tərəfinə yetirsə, erməni tərəf bununla bağlı nə qərar ala bilər sualına cavab olaraq Koçaryan dedi: “Mən heç bir şeyə deyə bilmirəm. Quliyev və Əsgərov təxribatçılardır, öz cəzalarını qanunlarımıza uyğun olaraq alırlar. Onlar nə əsir, nə də girovdur.”
Arsen Bağdasaryanın durumuna dair məlumatlara gəlincə, Koçaryan dedi ki, QXBK vasitəçiliyi ilə o öz ailə üzvləriylə məkblar vasitəsiylə əlaqə saxlayır.
Xatırladaq ki, Dilqam Əsgərov ömürlük olaraq azadlıqdan məhrum edilib, DQR İstintaq məcəlləsinin 316-cı bəndi ilə casusluq üçün, 350-ci bəndin 2-ci hissəsi ilə icazəsi olmadan DQR-nın qorunan dövlət sərhədini təşkil edilmiş qrup tərəfindən kəsmək, 245-ci maddəsinin 3-cü hissəsi ilə təşkil edilmiş qrup tərəfindən qanunsuz olaraq insanı qaçırmaq üçün, 103-cü maddənin 2-ci hissəsinin 3-cü, 7-ci və 14-cü bəndləriylə milli nifrət əsasında təşkil edilmiş qətl üçün günahkar kimi tanınmaqla.
Cinayət qrupunun digər üzvü Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib, DQR İstintaq məcəlləsinin 316-cı bəndi ilə casusluq üçün, 350-ci bəndin 2-ci hissəsi ilə icazəsi olmadan DQR-nın qorunan dövlət sərhədini təşkil edilmiş qrup tərəfindən kəsmək, 245-ci maddənin 3-cü hissəsi ilə təşkil edilmiş qrup tərəfindən odlu silah və sursat daşımaq üçün, 129-cu maddənin 3-cü hissəsinin 1-ci bəndi ilə insanı açıq-açığına qaçırmaq və zorakılıq törətmək üçün, eləcə də yada mənsub olan varlığı məxfi şəkildə oğurlamaqda müqəssir kimi tanınmaqla.
Arsen Bağdasaryana gəlincə, qeyd edək ki, o 2014-cü il dekabrın 26-da Qarabağ-Azərbaycan təmas xəttinin Anka (Ağdam) hissəsində əsir götürülüb. Gəncə şəhərinin ağır cinayətlər üzrə məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu “müqəssir” tanıyıb Azərbaycanın istintaq məcəlləsinin 218.2 (cinayət qrupunun üzvü olmaq), 120.2 (bir qrup insanların tərəfindən törədilmiş qəsdli qətlin cəhdi), 120.2.7 )iki ya daha çox insanların qəsdli qətlin cəhdi), 120.2.12 (milli, dini ya irs nifrəti üzərinə qəsdli qətlin cəhdi), 282.2 (Azərbaycanın iqtisadi təminatını pozmaq məqsədiylə müəssisələrin, tikintilərin, rabitə vasitələrin, əhalinin həyat fəaliyyətini təmin edən obyektlərin partlayışını ya yanğınını təşkil etmək) maddələriylə.