
ER prezidenti Serj Sarkisyan iyunun 17-də Sanqt-Peterburqda RF prezidenti Putin ilə görüşdə bəyan edib ki, atəşkəs rejiminin pozulmasının araşdırıcı mexanizmlərinin yaradılması DQ münaqişəsi ətrafında danışıqlar aparmaq üçün yaxşı zəmin yaradacaq. Bu haqda “Armenpress” “TASSA” istinadən xəbər verir.
“Qarabağa dair mövqeyimiz hamıya bəllidir. Biz arzulayırıq ki, məsələ təkcə sülh yoluyla həll edilsin. Mən Sizə və MQ həmsədrlərinə təşəkkür bildirmək istəyirəm o anlama və səylər üçün ki, Siz bu məsələdə göstərirsiniz.” –deyə Serj Sarkisyan bildirib.
Onun sözlərincə, münaqişələrin hərtərəfli həlli üçün bütün tərəflərin arzusu lazımdır. Əgər artıq əldə etdiyimiz anlaşmaların həyata keçirilməsi üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı”.-deyə ER prezidenti əlavə edib.
Putin öz növbəsində bu məsələləri müzakirə etməyə razılaşıb.