Roma Papası Azərbaycana səfərini niyə təxirə saldı

Roma papası Fransiskos ümidvar idi ki, Ermənistana, eləcə də Azərbaycana səfər etməliydi, lakin iki ölkə arasında davam edən münaqişə onun qərarını dəyişdirməyə məcbur edib. Bu haqda Rome Report yazır.
Beləliklə, Roma Papası Ermənistanda cari il iyunun 24-26-da olacaq, Gürcüstana və Azərbaycana səfəri isə artıq oktyabr ayında nəzərdə tutulur. Qeyd edək ki, səfər çərçivəsində Roma Papası Qafqaz regionundakı gərginlik ilə üzləşməyə çalışacaq, Erməni soyqırımını qəbul etməklə, eləcə də Ermənistan və Türkiyə arasındakı gərgin münasibətlərin zəifləşməsinə yardım etməyə çalışacaq.
Xor Virapa ziyarət etməklə Papa eyni zaman Ararat dağının möhtəşəm görkəmini görəcək. Roma Papası “Levon” erməni məktəbinin rektor müavini Ter Grigor Patişah Rome Reporta verdiyi müsahibədə qeyd edib ki, Papanın Xor vİraba ziyarəti əhəmiyyətli olacaq, çünki bu kilsə ermənilər üçün mühüm yerdir. O deyib ki, Müqəddəs Grikor 13 il həbsxanada olmuşdu bu kilsədə və mğcüzə ilə azad edilməkdən sonra Ermənistan dünyada ilk xristiyan ölkəsinə çevrildib.
Grikor Patişah qeyd edib ki, Papanın səfəri Katolik və Erməni Opostol kilsələri arasında yalnız dostluq əlaqələri yoxdur, eləcə də dərin din və bir-birinə qarşı böyük hörmətin sübutudur.
Müsahibənin sonunda o xatırladıb ki, ilk dəfə deyil ki, Papa Fransiskos Ermınistana qarşı hörmət göstərir. 2015-ci aprel ayında Erməni soyqırımı qurbanlarının xatirəsinə məhz Müqəddəs Petros kilsəsində ibadət keçirdi ki, onun da zamanı O, Grikor Narekatsi Kainat kilsəsinin müəllimi kimi müqəddəsləşdirdi.