“Əzahirə”: Nardaran sakinləri öz kəndlərinə gəlmiş İlham Əliyevi qarşılamağa getməmişlər
Nardaran sakinləri öz kəndlərinə gəlmiş İlham Əliyevi qarşılamağa getməmişlər. Bu haqda farsdilli “Əzahirə.orq” saytında buraxılan məqalədə qeyd olunub.
Qeyd edək ki, Azərbaycanın prezidenti İlham Əliyev işgüzar səfərlə Bakı yaxınlığında olan Nardaran qəsəbəsinə gedib.
Məqalənin müəllifi, İlham Əliyevin səfərinə geri dönərək yazır ki, 9 minə qədər sakini olan Nardaranda prezidenti qarşılamağa cəmi 20 nəfər getmişdir.
“Nardaran özünün iranpərəst davranışıyla bəllidir”-deyə məqalənin müəllifi vurğulayaraq əlavə edib “Azərbaycanın təhlükəsizlik qüvvələri ötən
il Nardaranın mömin sakinləri üzərinə hücum etmiş və cümə namazını edərkən 4 nəfəri qətlə yetirmiş, 70 nəfərisə həbs etmişlər ,ondan başqa qışın o soyuq aylarında qəsəbənin qazını və elektroenerjisini kəsmişlər”.
İnam bildirməklə ki, Nardaranda baş vermiş silahlı hücum etmək qərarıyla həmçinin yüksək rütbəli vəzifəlilərin əlaqəsi vardı. Məqalə müəllifi sonra əlavə edir:
“Azərbaycanın dini təşkilatlar məsələsiylə dövlət komitəsinin rəhbəri Mübariz Qurbanlı Nardarana hücum layihəsinin müəlliflərindən biri hesab olunur”.
“Bakınn ekspertləri və jurnalistləri əmindirlər ki əgər ikinci yaxud üçüncü dərəcəli iranlı vəzifəlisi Nardarana gələrsə daha səmimi qəbulla üzləşər nəinki İlham Əliyev idi”-deyərək müəllif yekunlaşdırıb.