Siyasət

Fransa Sarkisyan-Əliyev görüşünü təşkil etməyə hazır olduğunu bildirib

Fransa ATƏT MQ həmsədr ölkəsi olaraq artıq DQ münaqişəsinin nizamlanması məqsədiylə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmək üçün hazır olduğunu ifadə edib. Ria –Novosiyə istinad verməklə “Armenpress”-in verdiyi məlumata görə, bu barədə Azərbaycanda Farnsanın səfiri Orelia Buşe bəyan edib.

“ATƏT MQ həmsədrləri özlərinin öhdəliklərini yerinə yetirməyə və qarşılıqlı etibarın möhkəmləndirilməsi və münaqişənin sülh nizamlanması istiqamətində addımlar atmağa davam edəcəklər. Fransa ATƏT MQ-nun həmsədr ölkəsi olaraq artıq Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirib.” –deyə Buşe qeyd etmişdir.

Onun sözlərincə, Fransa iyunun 20-də Sanqt-Peterbuqrda keçirilmiş üçtərəfli Putin-Sarkisyan-Əliyev görüşünü alqışlayır. “Münaqişənin sülh nizamlanmasına yalnız daimi və səmimi dialoqun vasitəsiylə çatmaq mümkündür.”-deyə Buşe əlavə edib.

Daha çox göstər
Back to top button