
Sanqt- Peterburq samitində DQ həllinə dair hansısa razılaşma əldə olunmayıb. Azərbaycan prezidenti administrasiyası başçısının müavini Novruz Məmmədov heç vaxt hansısa danışıqda iştirak etməyib. Bu barədə ER Xİ naziri Edvard Nalbandyan “Armenpress” informasiya agentliyinin sualına cavab olaraq elan edib.
Sual-Özünü parlaq fikirləriylə tanınmış Novruz Məmmədov Peterburq görüşünə dair şərhlərlə çıxış edib. Bununla bağlı nə deyə bilirsiniz?
Cavab-Bu vəzifəli Novruz Məmmədov hansısa danışıqda iştirak etməyib. Sanqt Peterburq samiti sa istisna deyildi. Son görüş zamanı o yalnız iş naharında iştirak edib ki, onun da ərzində yalnız insidentlərin araşdırma mexanizmin yaradılması və ATƏT işdə olan sədrinin şəxsi nümayəndəsinin komandasının artması məsələsi müzakirə edilib.
Qarabağ məsələsinin paket nizamlanmasına gəlincə, ilk növbədə bunun əsasında, dəfələrlə elan edildiyi kimi, Azərbaycan tərəfindən Artsax xalqının öz müqəddəraatını müəyyən etmək haqqı və bunun tanınması düşməlidir. Sanqt Peterburg samitində məsələnin həllinə dairhansısa razılaşma əldə olunmayıb.
Bu mərhələdə Azərbaycan gərək Vyanadakı və Sanqt Peterburqdakı samitlərdə əldə olunmuş razılaşmaları yerinə yetirsin: ilk növbədə münaqişənin təkcə sülh yoluyla həll edilməsi, 1994-95-ci illər atəşkəsin üçtərəfli müqavilələrin hörmət edilməsi, insidentlərin araşdırma mexanizmin yaradılması, eləcə də ATƏT işdə olan sədrinin şəxsi nümayəndəsinin komandası qabiliyyətlərinin genişləndirilməsi. Bütün bunlar müvafiq şərait yaratmağa yol verəcək münaqişənin həllinə yönəlmiş danışıqları bərpa etmək üçün.