Siyasət
Almaniyanın Xİ naziri ATƏT MQ həmsədrləri ilə DQ məsələsini müzakirə edib

Almaniyanın Xİ naziri, ATƏT işdə olan sədri Frank Valter Ştaynmayer ATƏT MQ həmsədrləri ilə görüşüb. Bu barədə informasiyanı ATƏT-Almaniyanın Tvviterin rəsmi səhifəsi bildirib.
Görüş ərzində DQ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib.
Görüşdə həmçinin ATƏT işdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik iştirak edirdi.
Xatırladaq ki, Sanqt-Peterburqda iyunun 20-də Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü baş tutub ki, ondan sonra prezidentlər Serj Sarkisyan, Vladimir Putin və İlham Əliyev müştərək bəyanatla çıxış ediblər.