ATƏT fəaliyyətdəki sədri yaxın vaxtlarda regiona səfər etməyə hazırlaşır
Almaniyanın Xİ naziri Valter Ştaynmayer Dağlıq Qarabağ Respublikasına səfərə hazırlaşır.
Bu haqda RİA Novosti yazır.
ATƏT mətbuat idarəsinin yaydığı informasiyaya istinadən qeyd olunur ki, Valter Ştaynmayer bu günlərdə Berlində ATƏT MQ həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
“Ştaynmayer atəşkəs rejiminin qorunması məsələsində son vaxtlarda qeyd olunan dirçəlişi təqdirəlayiq sayıb.
Görüşün iştirakçıları razılaşıblar ki, atəşkəsin qorunası məsələsi və danışıqlara geri dönməyin alternativi yoxdur.
Həmçinin Qarabağ münaqişəsinin nizamlanmasının gələcək addımları, eləcə də Valter Ştaymayerin yaxın vaxtlarda regiona edəcəyi səfəriylə əlaqədar məsələlər müzakirə olunub”.
Bu haqda ATƏT mətbuat idarəsinin bəyanatında qeyd olunub.