Beynəlxalq

Dövlət Neft Fondu 90 milyon dollar itirdi

ARDNF-nin aktivlərinin 4,9 faizi funt stelinqdə yerləşdirilib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Brexit” nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib.

“Report” xəbər verir ki, 2016-cı il ilk rübünün yekunlarına görə, ARDNF-nin portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 mln. dollar təşkil edib.

İlk rübün yekunlarına əasən, ARDNF-nin aktivlərinin 4,9 faizi funt stelinqdə yerləşdirilib.

“Report”un analitik qrupu funtun ucuzlaşması prosesinin davam edəcəyini və Fondun itkisinin artacağını proqnozlaşdırır.

Daha çox göstər
Back to top button