Siyasət

RF və Fransa Xİ nazirləri Parisdə DQ məsələsini müzakirə edəcək

Rusiya Xİ naziri Serhey Lavrov iyunun 29-da Parisə səfər çərçivəsində özünün fransalı həmkarı Jan-Mark Eyro ilə DQ-da, Ukraynada və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək. Bu gün brifing zamanı Rusiya XİN rəsmi nümayəndəsi Maria Zaxarova bildirib.

“Sergey Lavrov iyunun 29-da iş səfəriylə Parisə gedəcək. Beynəlxalq aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq nəzərdə tutulur. Şübhəsiz, yeni təhdidlərlə mübarizədə qarşılıqlı tərəfdaşlıq mövzularına toxunulacaq, eləcə də ukraynalı, DQ, Libiya, Suriya və Yaxın Şərqdəki nizamlanma perspektivlərinə.”-deyə “Ria Novosti”-ə əsasən vəzifəli bildirib.

Xatırladaq ki, yaxınlarda Bakıda Fransa səfiri Orelia Buşe bəyan edib ki, Fransa MQ həmsədr ölkəsi kimi artıq Qarabağ nizamlanması məsələsiylə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədir.

Daha çox göstər
Back to top button