Svitalski: DQ-a konfliktin həta Avropada və Avrasiyada nəticələri ola bilər

Avrasiya beynəlxalq universitetində bu gün başlanmış gənc alimlərin beynəlxalq ikigünlük elmi konfrans zamanı ER-da AB nümayəndə heyətinin sədri Pyotr Svitalski DQ münaqişəsinə toxunaraq dedi ki, hətta Avropada və Avrasiyada DQ məsələsinin nəticələri ola bilər.
“Ümidvarıq ki, biz münaqişənin dinc nizamlanmasının şahidi oluruq, elə bir prosesin hansı ki, Vyana samiti ərzində başladı. DQ-dakı münaqişənin təhlükəsizlik geniş dairələri üçün nəticələri ola bilər.”-deyə o qeyd etməklə əlavə etdi ki, Ermənistan elə bir regiondadır harada ki, münaqişələr real təhdiddir .
Pyotr Svitalski ümidvardır ki, etibarın formallaşması və təmas xəttində insidentlərin araşdıma mexanizmlərinin yerləşdirilməsi istiqamətində , eləcə də münaqişənin sülh nizamlanması məsələsndə irəliləyiş olacaq.
Xatırladaq ki, mayın 16-da Vyanada DQ münaqişəsinin nizamlanması məsələsiylə müzakirə keçirilmişdi ki, orada da Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyev iştirak edirdilər, eləcə də RF Xİ naziri Sergey Lavrov, ABŞ Dövlət katibi Con Kerri, Fransanın Avropa məsələləriylə dövlət naziri Arlem Dezir, ATƏT MQ həmsədrləri iştirak edirdilər. Sarksiyan-Əliyev görüşü iyunun 20-də Sanqt Peterburqda RF prezidenti Vladimir Putin ilə birlikdə baş tutmuşdu.
Qeyd edək ki, elmi konfransda iştirak etmək üçün İsveç, Serbiya, Polşa, Estoniya, Gürcüstan, Almaniya, Qırğızıstan, Türkiyə və ABŞ nümayəndələri müraciət etmişdilər.