
Qarabağ nizamlanmasına dair Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları məxfi olmalıdır. Bu barədə “Amerikanın səsi”-ə verdiyi müsahibədə ATƏT MQ amerikalı həmsədri Ceyms Uorlik bildirib.
“Prezidentlər arasındakı mübahisələr ictimai olmamalıdır. Onlar bir-biriylə söhbət edirlər, bir məsələ haqqında razılığa gəlmir, digər bir məsələ ətrafında razılaşırlar. Razılaşma əldə etdiyi sahələr fikir ayrılıqları olan sahələrdən daha çoxdur. Lakin hər şey şübhəsiz razılaşmalıdır. Bu elə bir vəziyyət deyil ki, bir məsələ ayırmaqla deyə bilirik ki, bu məsələ ətrafında razılama əldə olunub. Biz hərtərəfli nizamlanmadan danışırıq odur ki, bizə bütün məsələlərə dair razılaşmaya çatmaq lazımdır. Hələlik bəzi sahələrdə razılaşmalar var, hülbuki digər sahələrdə uğurlaq hələ yoxdur.”-deyə Uorlik bildirib.
Nizamlanmanın baza prinsiplərinə gəlincə, amerikalı diplomat xatırladıb ki, bunlar artıq 20 ldən çoxdur dəyişməzdir.
“Danışıqlar masasındakı təkliflər dünən ya da bir il qabaq aşılanmayıb. Bunlar illər boyunca müzakirə edilmiş prinsiplər və elementlər üzərinə əsaslanmışdır və prezidentlər bu prinsiplər və elementlər ilə razıdır. Lakin əlbəttə biz sınamalıyıq, aydınlaşdırmalıyıq ki, bu praktikada nə deməkdir, indi biz bunun üzərinə işləyirik.”-deyə Ceyms Uorlik əlavə etmişdir.