Beynəlxalq
İtalyan xadim Azərbaycana kömək etmək üçün pul alıb

Milanın prokurorluğu italyan məşhur xadim, AŞ PA-da Avropanın Xalq partiyası fraksiyasının sabiq başçısı Luka Volonteni Azərbaycan nümayəndələrindən iri çaplı rüşvət almaqda ittiham edib. Haqqin.az-ın verdiyi məlumata görə, bu barədə italyan Corriere della Sera yazır.
Volonte korrupsiyada və böyük məbləğlərin yuyulmasında ittiham edilir. 2012-2014-cü illərdə o “Baktelekom” şirkəti hesablarından 2, 39 milyon avro alıb. Qəzet yazır ki, “Azərbaycanda və Strasburgda görüşlər ərzində Volonte pul qarşısında bu ölkənin siyasi maraqlarını dəstəkləmək vəd edib.” və “qısamüddətli və uzunmüddətli siyasi təşəbbüslər yerinə yetirib.”
Volontenin vəkilləri ittihamları inkar edirlər. Qarşıda siyasi xadim məhkəmə qarşısında dura bilər.