İctimaiyyət

Taron Margaryan həlak olmuş hərbi qulluqçunun ailə üzvlərinə təzə mənzilin açarlarını təhvil verib

Yerevan şəhər başçısı Taron Margaryan aprelin əvvəlində ön xəttdə həlak olmuş müddətli hərbi qulluqçu Grikor Harutyunyanın ailə üzvlərinə təzə mənzilin açarlarını təhvil verib. Bu barədə “Armenpress”-ə Yerevan bələdiyyəxanasının informasiya və ictimaiyyət ilə əlaqələr idarəsindən bildirirlər.

Respublika prezidenti tərəfindən təklif olundu ki, aprelin əvvəlində ölkəmizin sərhədini müdafiə edərkən həlak olmuş hərbi qulluqçuların mənzil problemləri olan ailələrinə mənzillər verilsin. Bu günlərdə Yerevan şurası qərara gəldi ki, sizin ailəniz də bu layihədə cəlb edilsin. Bu bizim borcumuzdur. Sizə minnətdarıq oxşar qəhrəman övlad vətənə vermək üçün. Cəsarətli qəhrəmanlarımıza şöhrət olsun.” –deyə şəhər başçısı bildirib.

Taron Margaryan həmçin inandırıb ki, Yerevanın bələdiyyəxanası öz səlahiyyətləri çərçivəsində ön xəttdə həlak olmuş və yaralanmış ailələrinə kömək etməyə davam etdirəcək.

Mənzilin açarını aldıqdan sonra Grikor Harutynyanın ailə üzvləri bələdiyyəxananın əməkdaşlarının müşayiətiylə özlərinin təzə mənzlinə gediblər.

Daha çox göstər
Back to top button