Almaniyanın Xİ naziri: ATƏT üçün aydındır ki, DQ münaqişəsinin status-kvosunu uzun müddət bu şəkildə saxlamaq mümkün olmayacaq

ATƏT üçün aydın olub ki, DQ münaqişəsinin status-kvosunu belə şəkildə qorumaq olmayacaq. Bu barədə Cənubi Qafqaza səfərlər çərçivəsində Yerevanda jurnalistlər ilə görüş zamanı Almaniyanın Xİ naziri Frank Valter Ştaynmayer bəyan edib.
“Bu münaqişə nə qədər uzun davam etdir, o qədər də hərbi əməliyyatların eskalasiya imkanı artır. Biz bundan yayınmalıyıq. ATƏT əlindən gələni edir ki, uzun müddətli həll tapaq. Ermənistan və Azərbaycan prezidentləri iki dəfə görüşdü. Əgər ATƏT tərəfindən yerinə yetirilən bu tədbirləri yekunlaşdırsaq, demək olar ki, bütün bunlar vəziyyəti sakitləşdirmişik. Biz prinsipcə düz yoldayıq.
Biz əlimizdən gələni etməliyik ki, vəziyyəti qoraq, danışıqlar prosesini daha real etdirməyə çalışmalıyıq. Bunun üçün bizə ATƏT səyləri lazımdır, buna da münaqişə tərəflərinin güzəştlərə hazırlığı əlavə edilir.”-deyə Almaniya Xİ naziri qeyd etdi.