Artsax Respublikasının Prezidenti Bako Sahakyan iyunun 30-da Yerevan şəhərində ATƏT fəaliyyətdəki sədri, Almaniyanın Xİ naziri Frank Valter Ştaynmayer ilə görüşüb
Görüşdə azərbaycan-qarabağ münaqişəsinin nizamlanmasına və regional proseslərinə dair məsələlər müzakirə olunub.
Prezident Sahakyan qeyd edib ki, rəsmi Stepanakert ATƏT MQ çərçivələrində münaqişənin sülhlə nizamlanmasının tərəfdarı olaraq qalır və
danışığın tam formatının bərpa olunmasının mühümlüyünü,həmçinin Artsaxın bütünlüklə iştirakını olduqca zəruri saydığını vurğulayıb.
Bako Sahakyan azərbaycan-qarabağ münaqişəsi xəttində atəşkəs rejiminin pozulması araşdırılması mexanizminin aşılanması və tədbiqini olduqca mühüm hesab edərək qeyd edib ki, o regionda sülh və sabitliyin qorunmasına yardım etməklə bərabər həm də, danışıq prosesinin gələcək
prosesi üzərinə müsbət təsir göstərəcək.
Görüşdə Xİ naziri Qaren Mirzoyan, ATƏT fəaliyyətdəki sədrinin şəxsi təmsilçisi Ancey Kasprşik və digər vəzifəli şəxslər iştirak edib.