Washington Post: Donald Trampın biznes-imperiyasının çiçəklənməsinə müstəbid Azərbaycan kömək edir

Respublika partiyasından ABŞ prezidentinin namizədi Donald Tramp daima Amerika şirkətlərini digər ölkələrdə iş yerləri açmaq üçün tənqid edirdi, lakin özü elə ölkələrdə biznes-sazişlərin gəlirlərindən pul qazanırdı necə ki, Çin, Meksika və Azərbaycandır. Bu haqda amerikalı nüfuzlu Washington Post qəzeti yazır.
Vurğulanır ki, bəlkə Trampın elanları öz biznes-layihələrinə dair deyil. Məsələn, Azərbaycan paytaxtında «Trump International Hotel & Tower» mehmanxanasının tikilməsi zamanı o miliyyardçı Anar Məmmədovla tərəfdaşlıq edirdi ki, onun da ailəsi Azərbaycanın müstəbid rejimini dəstəkləyir. Bundan əlavə vurğulanır ki, ABŞ Dövlət departamentinin məlumatına görə Azərbaycanın pis nüfuzu var korrupsiya və insan hüquqların pozulması hadisələri səbəbiylə.
Bundan əlavə məqalədə qeyd edildiyi kimi, Donald Trampın biznes imperiyasının istehsalatı az gəlirləri olan ölkələrdə hazırlanır (Bangladeş, Honduras və s.) Tramp qeyri-legal miqrasiya ilə mübarizə edir, lakin o Nyu Yorkda 1980-ci ildə öz mehmanxanasının tikilməsinə başlayanda polyak imiqrantları saatda 5 dollardan az ödəyirdi.
Xatırladaq ki, daha əvvəl «Associated Press» agentliyi bildirmişdi ki, namizəd olmaqdan 6 ay əvvəl Tramp Azərbaycan paytaxtında təzə biznes-layihəsi haqqında bəyan edirdi. Onun həmkarı Anar Məmmədov Azərbaycanın nəqliyyat nazirinin “məşhur korrupsionerin” oğludur.
Vurğulanırdı ki, ABŞ Dövlət departamentinin mərzəsinə əsasən, Azərbaycanda biznes ilə məşğul olmağı planlaşdıran hər amerikalı “dövlət söviyyəsiylə korrupsiya ilə üzləşmək” riksinə gedir.
Bundan başqa qəzetlər bildirmişdilər ki, Anar özünün qiymətli yaxtasını boğdurdu yanlış sürülməsi üçün. Həmçinin informasiya yayılmışdı ki, o Birləşmiş Ərəm Əmirliklərindən deportasiya edilmişdi şeyxin qohumu ilə Dubaydakı restoranlardan birində dalaşma səbəbiylə. Digər bir mənbədə qeyd edilmişdi ki, Ziya Məmmədovun oğlu Anar Türkiyədə 40 milyon dollar dəyərli ada alıb. Əlavə edək ki, o “Azərbaycan-Amerika ittifaqının” rəhbəri idi hansı ki, Amerikada Azərbaycanın maraqlarını təmsil edirdi. Lakin bu ailənin ağır maliyyə durumu nəticəsində bu aleans öz fəaliyyətini dayandırdı.