Əliyevlər Bodrumda istrahət edirlər

Türkiyənin sozcu.com.tr saytı Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı ilə birlikdə Bodrum otellərindən birində istirahət etdiyini bildirib. Bu barədə
contact.az xəbə
r saytı yazıb.
Əliyevlər Bodruma üç gün əvvəl, havada və quruda gücləndirilmiş mühafizə ilə gəliblər və ilk günlər dənizə getməyiblər. İstirahətin üçüncü günündə Əliyev tənha şəkildə dənizdə çimərkən görülüb və yenə də sahil mühafizəsinin hədsiz diqqəti onun üzərində olub.
Sayt qeyd edir ki, prezidentin həyat yoldaşı dənizdə onu müşaiyət etməyib, kitab oxumağa üstünlük verib.
2013-cü ilin martında Türkiyə KİV-ləri İlham Əliyevin Bodrumun Yalıkavak adlanan ərazisində 13 mln. avroya beşulduzlu otel alıb. Ümumi sahəsi 17 min kv. m olan oteldə 145 otaq var. Otelin adı açıqlanmırdı, amma qeyd edilirdi ki, otel Kalimnos və Leros yunan adalarına gözlə görüləcək qədər yaxın məsafədə yerləşir.