BaşlıcaSiyasət

Fransa parlamentinin aşaǧı palatası erməni soyqırımının inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini yekdilliklә qəbul etdi

Fransa parlamentinin aşaǧı palatasının (Milli Mәclis) deputatları yekdilliklә «Bәrәbәrlik vә vәtәndaşlıq» qanun layihəsindә dәyişiklikәrin qәbul olunmasına sәs veriblәr, bununla bәşәriyyәtә qarşı törәdilmiş bütün cinayәtlәri, o cümlәdәn ermәni soyqırımını dananlar vә inkar edәnlәr  üçün cәza müәyyәnlәşdirilir. Bu barәdә Fransanın « Le Figaro» qәzeti bildirib.

Qanun dәyişikliyinә әsasәn ermәni soyqırımı vә bәşәriyyәtә qarışı törәdilmiş cinayәtlәrini inkar edәnlәr bir ay hәbs ya da 45.000 avro cәrimә ilә cәzalandılaracaqlar. Yeri gәlmişkәn, bu Fransa prezidtenti Fransua Olandın seçkiqabaǧı tәşviqat addımıdır.

Qәzet xatırladır ki, 2012-dә Fransa parlamentindә ermәni soyqırımın inkar  etmәsinә dair qanun layihəsi Türkiyәdә narazılıqla qarşılanmışdı.

Qanun layihəsi indi isә Senata tәqdim olunacaq.

Ataları 100 il әvvәl kütlәvi qәtliamını yaşayan assur millәt vәkili Henri Cibrayel. «Bu mәnim siyasi karieramda әn vacib günlәrindәn biridir»,-deya bildirib.

Daha çox göstər
Back to top button