
Tacikistan öz prinsipial mövqeyindә qalır ki, Daǧlıq Qarabaǧ münәqişәsi yalnız sülh yolu ilә nizmlanmalıdır. Bu barәdә Yerevanda Ermәnistanın xarici işlәr naziri Edvard Nalbandyanla görüşündә Tacikistanın xarici işlәr naziri Srocdin Aslov deyib. «Görüşümüzdә Daǧlıq Qarabaǧ münagişәsi xüsusi müzakirә mövzusna çevirdik. Münaqişә zonasında son gәrginliklә baǧlı mәn öz sәmini narahatlıǧımı bildirdim, bu gәrginlik insanların ölümlәrinә sәbәb oldu»,-deyә Aslov qeyd etdi.
Aslov әlavә elәdi ki, Tacikistan hәmişә bütün münaqişәlәrinin yalnız sülh yolu ilә nizamlanmasının tәrәfindәdir. «Bu mәsәlәdә bizim mövqeyimiz prinsipialdır. Bütün münaqişәlәr, o cümlәdәn Daǧlıq Qarabaǧ münaqişәsi yalnız sülh yolu ilә nizmlanmalıdır»,- deyә Tacikistanın xarici işlәr naziri yekunlaşıb.