Beynəlxalq

Kristofer Smit: “Əliyev hakimiyyətinə qarşı sanksiyalar mütləq tətbiq ediləcək”

ATƏT PA-nın Tbilisidə keçirilən sessiyası zamanı Azərbaycanda insan haqlarının vəziyyətinə dair ayrıca dinləmə təşkil olunub. Dinləmədə ABŞ-ın tanınmış konqresmeni Kristofer Smit çıxış edib. Smit bəyan edib ki, Azərbaycanda repressiyalar dayanmasa Əliyev hakimiyyətinə qarşı sanksiyalar mütləq tətbiq ediləcək, həm də daha sərt formada.

Bu haqda Contact.az məlumatlandırıb.

Smitin çıxışını “Azerbaycansaati.tv” tərcümə edərək yayıb. Tərcüməni təqdim edirik:

“İki dəfə, 2013 və 2014-cü illərdə bir qrup konqresmen, senator və mən Əliyevlə onun sarayında görüşdük. Biz bir saatdan çox insan hüquqları barədə danışdıq. Biz şübhəsiz ki, fundamental insan hüquqları, universal insan hüquqları bəyannaməsi, mətbuat azadlığı və söz azadlığı barədə də danışdıq.

Biz, xüsusilə dekabrda Əliyevin sənədləşdirdiyi yeni islahat təklifləri ilə daha da pisləşən dini tolerantlıq barədə danışdıq. Biz bildirdik ki, siyasi məhbusların azad edilməsini müsbət qiymətləndiririk, amma hər şeydən əvvəl insanların vəhşicəsinə tutulub içəri atılmasının dayandırılmasını dustaqların azad edilməsindən daha önəmli məsələ sayırıq.

“Azadlıq” radiosunun müxbiri həbs olunanda, bu, Amerika Birləşmiş Ştatları və bizim hamımız üçün qayğıları əhəmiyyətli dərəcədə artırdı, çünki bu dəfə Əliyevin korrupsiya əməliyyatları haqqında məlumat verən kimsə artıq, 7 il yarım müddətinə həbs cəzası almışdı. Mən onun və daha sonradan digər məhbusların azadlıqdan məhrum edilməsini mühakimə etdim.. Daha sonra “Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsini təqdim etməli oldum. Bu layihənin əsası olan və sizə də təqdim etdiyim 4-cü bəndi hökumət rəhbərləri və onların ailələrinin Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini təmin edəcək. Bu, siyasi məhbuslara və başqalarına qarşı bu cinayətləri törədən şəxslərə düşünülmüş, məqsədyönlü sanksiyalar istədiyimizi bildirmək üçündür.

Bakıda belə bir ittihamla təqdim etmək istədilər ki, bu layihəni guya ermənilər hazırlayıb, bu, çox gülünc idi. Bu forumda çox aydın bir şəkildə bildirmək istəyirəm ki, bu layihəni mən və mənim işçilərim yazıb. Yalnız bu barədə mətbuatda məlumat gedəndən sonra məsələ haqqında erməni icmasının da xəbəri oldu. Ona görə də hətta Birləşmiş Ştatlardan biz bu hökumətin necə “Alisa möcüzələr diyarında” nöqteyi-nəzəri olduğunu daha aydın görə bilirik. Onların bu məsələləri niyə qaldırdığımız barədə heç bir fikri yoxdur. Bizim hazırladığımız qanun layihəsini ermənilər gündəmdə saxlaya bilərdilər və Azərbaycan hökuməti də bizi buna görə ittiham etmək fikrinə düşə bilərdi. Amma bu, qətiyyən belə deyildi və onlar özləri də bunu yaxşı bilirdilər…

Bu qanun layihəsinin əsas nümunəsi fəxri müəllifi olduğum “Belarus Demokratiya Aktı”dır. Bu, Lukaşenko və onun yaxın tərəfdarlarına qarşı Birləşmiş Ştatlar tərəfindən tətbiq edilən bir qanundur. Birləşmiş Ştatlara giriş imkanlarının məhdudlaşdırılması baxımından eyni şeyləri əhatə edir və biz bilirik ki, Avropa İttifaqı da məhz bu vəhşilikləri törədənləri məsuliyyətə cəlb etmək üçün Belarusa qarşı bir qrup paralel sanskiyalar qəbul edib.
Bu haqda Contact.az məlumatlandırıb.
Sizi əmin edə bilərəm ki, biz öz təbliğatımızı davam etdirəcəyik və bunu daha da sərt formada edəcəyik. Ümid edirəm ki, bu qanun layihəsi qəbul ediləcək. Bu zamana qədər isə həmin layihənin bəzi məhbusların azadlığa buraxılmasında ən azından müəyyən qədər təsirinin olduğunu deyə bilərəm.

Bəli, bu layihənin də əsasında “Belarus Demokratiya Aktı”nın prinsipləri dayanır. Bu da faktdır ki, Əliyev Birləşmiş Ştatlardakı ən yaxşı hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb və onlar bu qanun layihəsinin qarşısını almaq üçün çalışırlar. Amma bu, əvvəl də baş verib. Mənim həmkarlarım əmin etməyə çalışacaqlar ki, bu cür qanunlar zəruridir və onlar işləyir…

Qanunda müddəalar var ki, əgər hər şey yaxşılaşsa, sanksiyalar da təbii ki, ləğv olunacaq. Sanksiyalar yalnız hamımızın bildiyi kimi, müsbət nəticə çıxarmaq üçün ağıllı istifadə olunanda əhəmiyyətlidir və biz bunu təmin etməyə çalışacağıq.

Sizə əməkdaşlığınıza görə təşəkkür edirəm. Bu, qeyri-adidir, bu cür müzakirələr fərqli baxışları ortaya qoyur və biz də bu önəmli dəyişikliklər naminə daha çox çalışacağıq”

Daha çox göstər
Back to top button