
Prezident Serj Sarkisyan bu gün Cənubi Qafqaz və Gürcüstanın krizis məsələləri üzrə AB xüsusi nümayəndəsi Herbert Zalberi qəbul edib.
Bu haqda ER Prezidentinin iş heyəti üzrə ictimaiyyət və informasiya vasitələri ilə əlaqələr idarəsindən bildirilib.
Görüşdə həmsöhbətçilər Ermənistan-AB əməkdaşlığına və münasibətlərin inkişafı gedişatına geri nəzər salmış, Vyana və Sankt Peterburq görüşlərindən sonra DQ münaqişəsinin nizamlanması danışıqları
prosesinin son inkişaflarına, əldə olunan şərtləşmələrin həyata keçirilməsinə və prosesi irəliyə aparmaq perspektivinə dair fikir mübadiləsini etmişlər.
Prezident qeyd edib ki, Ermənistan DQ əsas məsələsinin təssüratlı qaydada nizamlanması, xeyirxah mühit yaradılmasıçün AB tapşırıqlarını və regionda uzun sürən sülh və sabitliyi təmin etmək istiqamətindəki səylərini olduqca yüksək qiymətləndirir.
Qonağın xahişiylə Serj Sarkisyan Ermənistan tərəfindən ATƏT MQ həmsədrlərin müdaxiləsiylə, əsas məsələnin həllinə dinc danışıqlar vasitəsiylə çatmaq səylərini təqdim edərək inam bildirib ki, erməni tərəfi konstruktiv addımlar atmağı, regionda təhlükəsizliyin təmini
naminə davam etməyə hazırdır.
ER Prezidenti və AB xüsusi nümayəndəsi ER-AB ikitərəfli münasibətlərin dinamik inkişafı istiqaməti məsələsində həmrəy olmuşlar.
Həmsöhbətçilər ümidvar olduqlarını bildiriblər ki, ER-AB-nin yeni dairəvi razılaşması ətrafında danışıqlar nailiyyətlə sona çatacaq.