Siyasət

Gənc fəaldan xəbər var

“Gənc fəal Qiyas İbrahimov özünü normal hiss edir”.

Bunu gənc fəallın saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşən vəkili Nemət Kərimli deyib.

Vəkilin sözlərinə görə, Q.İbrahimov saxlanma şəraitindən də şikayət etməyib.

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıblar.Onların keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazılmasına görə, həbs edildiyi söylənir.

Ancaq hüquq-mühafizə orqanları isə gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir.

Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar polis idarəsində işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər bu deyilənləri təkzib edib.

Daha çox göstər
Back to top button