Beynəlxalq

Qeyri-ənənəvi dini cərəyanlara qarşı xüsusi əməliyyat

Qubada qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat keçirilib.

Bu haqda Contact.az məlumatlandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, rayonun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və

Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ etmələri müəyyənləşib. Quba Rayon Polis Şöbəsi

əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib, izahatları alındıqdan sonra buraxılıblar

Daha çox göstər
Back to top button