Beynəlxalq

AXCP fəalından iki həftədir xəbər yoxdur

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Xəqani Nəsirovun harada olması barədə artıq iki həftədir xəbər yoxdur. Bu barədə Turan-a AXCP Gənclər Komitəsindən bildiriblər.

“AXCP iyunun 23-dən AXCP üzvü Xəqani Nəsirovdan xəbər ala bilmir. Telefonuna zəng çatmır. Qeydiyyatda olduğu ərazinin polis idarəsi ilə dəfələrlə əlaqə yaradılsa da ondan bir məlumat almaq mümkün olmayıb. Təcrübəyə əsasən güman etmək olar kı Xəqani Nəsirov polis tərəfindən saxlanılıb”, – AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn Turan-a bildirib.

“Xaqani Nəsirovun facebook profilində sərt tənqidi statuslar və katikaturalar yaydığına görə saxlanıldığı güman edilir. Belə ki, o, Facebook səhifəsində Formula 1 yarışlarının Bakıda keçirilməsini kəskin tənqid edən status və karikaturalar yayıb. Bununla yanaşı “Susma”

adlı profildə “Sosial şəbəkələrin söyüş və təhqir kralı Xəqani Nəsirov” başlıqlı fotokollaj yayılıb. Həmin kollajda Nəsirovun tualet təmizləyən yerdə fotosu əks olunub. Gənclər Komitəsi hesab edir ki, insanlar belə hallara saxlama yerlərində məcbur edilir”, – AXCP

Gənclər Komitəsinin məlumatında deyilir.
Bu haqda Contact.az məlumatlandırır.

Öz növbəsində, Xəqani Nəsirovun ailəsi əlaqə saxlamaq mümkün deyi və onlar övladları barədə hər hansı məlumat yaymayıb.

AXCP fəalının taleyi ilə bağlı rəsmi qurumlardan da məlumat almaq hələ mümkün olmayıb.

Daha çox göstər
Back to top button