
Sankt Peterburqda keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş Sarkisyan_Əliyev görüşünü təşkil etməklə Rusiya ,ATƏT MQ-nun çərçivələrindən əsas məsələnin nizamlanmasını çıxarmaq cəhdini etməyib.
Bu haqda Tert.am ilə söhbətində Ermənistanda Rusiya Federasiyasının fövqalədə və səlahiyyətli səfiri İvan Volinkin bəyan edib.
Elə isə,Rusiya Federasiyasının prezidenti nə üçün görüş təşkil etdi?-sualına İvan Volinkin cavab verdi:
“Rusiya eləcə də MQ çərçivələrində iş aparır və bu məsələdə digər formatlar nəzərdə tutulmayıb..Bu yenilik deyil haçan ki, münaqişəli tərəflər arasında görüş təşkil etmək üçün vasitəçilər səylər edir.
ABŞ,Fransa həmçinin oxşar görüşlər təşkil edib, biz də görüş təşəbbüs etmişik və bu MQ formatından kənar deyil”.
İvan Volinkin qeyd etdi ki, münaqişənin nizamlanması və həmin gedişatda qarşılıqlı inam toxumu səpilməsi üçün görüşlər olduqca vacibdir.
“Mən ümidvaram ki, münaqişə həll olunacaqdır”-deyərək səfir qeyd edib.
“Münaqişənin nzamlanmasının hansı mərhələsindəyik, doğurdanmı nizamlanmağa çatmışıq,ya yox?”-sualına İvan Volinkin cavab verib ki, əsas məsələ bir gündə həll olunan deyil.
“Gərək mütəmadi olaraq ona yaxınlaşaq,görüşüb dialoq aparmaq mühümdür.Hər dəfə haçan ki, göüşlər olur adamlar danışır, münaqişənin nizamlanmasına yaxınlaşırlar”-deyərək Ermənistanda Rusiyanın səfiri qeyd edib.