Beynəlxalq

İyulun 19-da Taleh Bağırzadə və Fuad Qəhrəmanlının işi üzrə məhkəmə başlayır

Iyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və daha 16 nəfərin cinayət işi üzrə hazırlıq iclası olacaq. Proses hakim Əlövsət Osmanovun sədrliyilə keçiriləcək. Bu barədə Turan-a məhkəmədən bildiriblər.

Bu iş üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı da keçir. Onlar ötən ilin noyabrında Nardaranda qanunsuz hərəkətlərin təşkilində ittiham olunurlar.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat zamanı 6 nəfər, o cümlədən 2 polis işçisi öldürülüb. İş üzrə 70-ə yaxın adam keçir. Onlar əsasən “Müsəlman Birliyi” Hərəkatının üzvləri və tərəfdarlarıdır.

F.Qəhrəmanlı dövlət əleyhinə açıq çağırışlar, dini ədavətin salınması, kütləvi iğtişaşlara çağırışlarda ittiham olunur.

Daha çox göstər
Back to top button