BaşlıcaBeynəlxalq
Zaxarova: “Qarabağ münaqişəsinin nizamlanması üçün kifayət qədər işlər aparılır ”

“Qarabağ münaqişəsinin nizamlanması üçün kifayət qədər işlər aparılır”.Bu haqda RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova LDPR lideri Vladimir Jirinovskinin “Rusiyanın və Türkiyənin yaxınlaşması regionda münaqişəni həllinə yardım edər” sözlərini şərh edərək bəyan edib.
“Dağlıq Qarabağa gəlincə, bizim müvafiq formatlarımız var. Bu eləcə də ATƏT MQ-dur, bu bizim Ermənistan və Azərbaycan ilə bir başa dialoqlarımızdır. Bunlar yüksək səviyyəli görüşlərdir ki, onlar da Rusiya,Azərbaycan və Ermənistanın arasında keçirilir.
Belə ki, düzünü desək bizim fikrimizcə onlar kifayət qədər səmərəli mexanizmlərdir”-deyərək Zaxarova bəyan edib.