Beynəlxalq

Royal Dutch Shell Azərbaycandakı şirkətini bağlayır

Niderland-Britaniya neft-qaz nəhəngi “Royal Dutch Shell” Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini açıqlayıb. Vergilər Nazirliyinin məlumatına görə, «Shell Business Development Cenrtal Asia B.V.» şirkəti ləğv edilib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, İzmir küçəsi,8 (“Hyatt Tower 2”) ünvanında bildirə bilərlər. Bu haqda Contact.az məlumatlandırıb.

Yəqin ki, şirkət Qazaxıstanda daha aktiv olacaq. Bu struktur “İnam” perspektiv strukturunda 5% paya malik idi (SOCAR 50%, BP, 20% CNPC 20%). Kəşfiyyat işləri uğursuz nəticə verəndən sonra kontrakt dayandırılıb.

Royal Dutch Shell ikinci ən böyük neft şirkətidir. Onun 90 ölkədə 94 min əməkdaşı var.

Əvvəllər Shell Qazaxıstanda istehsal etdiyi nefti BTC ilə nəql etmək istəyirdi. Amma sonradan neftin hamısını Xəzər boru kəməri konsorsiumu ilə nəql etməyə üstünlük verdi .

Daha çox göstər
Back to top button