Təhlil

”Prezidentin dedikləri reallığa uyğun deyil”

Ekspertlər İlham Əliyevin çıxışını şərh etdilər

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirdiyi iclasda çıxış edərək, ötən 6 ayı iqtisadi inkişaf baxımından uğurlu müddət hesab edib. Prezident deyib ki, xarici investorlar üçün Azərbaycan hər zaman maraqlı ölkə olub. O, həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində görülən işlərə də toxunub, bildirib ki, son 3-4 ayda indiyədək görünməyən fəallıq hiss edilib.

Meydan TV dövlət başçısının fikirlərini mütəxəssislərlə müzakirə edib.

“Ötən aylarda hərbi fəallıq olub”

Siyasi şərhçi Nicat Məlikov hesab edir ki, xarici siyasətdə 3 cür fəallıq olur: siyasi, diplomatik və hərbi: “Aprel ayındakı məlum hərbi əməliyyatları götürdükdə, hərbi fəallıq olub. Düzdür, ictimaiyyətə nə qədər ərazilərin azad olunması barədə geniş açıqlama verilməsə də, müəyyən informasiyalarda rəqəmlər açıqlandı. Siyasi cəhətə gəlincə, aprel döyüşlərinə qədər də fəallıq olurdu.

Prezidentin Türkiyə, ABŞ səfəri və bunların Rusiyada nə qədər qıcıq yaratmasını götürdükdə, siyasi fəallıq sayıla bilər. Ancaq bütün bunların xarici siyasi vektoruna nə qədər önəmli təsir etdiyini bilmirik”.”Məhsulların qiyməti artıb”

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, prezidentin dediyi kimi, kənd təsərrüfatındakı artım heç də məhsul istehsalının artımıyla bağlı deyil: “Əslində, bu gün kənd təsərrüfatındakı məhsulların qiymət artımından danışmaq lazımdır.

Son 6 ayda bir sıra ərzaq məhsullarının qiyməti 50 faizdən 100 faizə qədər artıb. Yeganə çörəyin qiymətində artım yoxdur, ancaq onun da çəkisində azalma var. Eyni zamanda, ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarının həcmi həm fiziki, həm də dəyər ifadəsində artıb.

Azərbaycanın ixrac etdiyi məhsullarda isə azalma olub. Məsələn, 187 milyon dollar dəyərində meyvə-tərəvəz idxal edilib, 107 milyon dəyərində də ixrac olunub. Ümumilikdə, kənd təsərrüfatında çox ciddi geriləmələr var, ət idxalı 31 faiz artıb.

Ancaq alıcılıq qabiliyyətinin ciddi şəkildə aşağı düşdüyünü də nəzərə alın. Kərə yağı idxalının artması da süd və süd məhsullarının idxalının artması deməkdir. Yaxud ölkəyə gətirilən ərzaq buğdasının yarımillik tələbatımız qədər olması buğda idxalımndan asılı olduğumuzu göstərir.

O cümlədən, şəkər, çay və digər məhsulların idxalı ciddi şəkildə artıb. Bunlar kənd təsərrüfatı məhsullarının istehsalının ciddi şəkildə azalmasından xəbər verir. Ona görə kənd təsərrüfatındakı artımla bağlı prezidentin dedikləri reallığa uyğun deyil. O ki qaldı tütün, pambıq, barama istehsalına diqqətin ayrılmasına, son 4-5 ayın statistikası kənd təsərrüfatına yatırılan investisiyanın 2 dəfə azaldığını, ayrılan kreditlərin də 2 dəfədən çox azaldığını göstərir.

Dollarla götürdükdə, azalma 4 dəfə baş verib. Belə olan halda kənd təsərrüfatında hansısa sahəyə investisiya yatırıb, inkişaf etdirmək əsaslı görünmür. Məsələn, pambıq əkini ilə bağlı bir sıra işlər zamanında görülmədi. Konkret olaraq, fermerlərə satılan alaq otlarına qarşı istifadə olunan “Hermesit”in vaxtı 2011-ci ildə bitmişdi. Bu, müvafiq nazirliyin məsələyə ciddi yanaşmadığının göstəricisidir.

Sözdə barama və tütünçülükdə istehsala nail olmaq asandır, bunun üçün uzun hazırlıq lazımdır. Aqrar sahədə idarəetmənin primitivliyi çox ciddi əngəllər yaradır. Baxın, artezian quyuları fermerlərin, yerli bələdiyyərin, kəndlilərin, beynəlxalq qurumların hesabına qazılır, amma dövlət də bununla bağlı büdcədən vəsait ayırır, bu, necə Prezidentin bu ilin dərin iqtisadi islahatlar ili kimi yadda qalacağı barədə fikirlərinə gəlincə, İbadoğlu hesab edir ki, bunun üçün siyasi iradə və islahat aparmaq qabiliyyətinə malik komanda lazımdır:

“Bəzi addımlar atılıb, amma kompleks yanaşma, fundamental və mükəmməl proqram yoxdur ki, Azərbaycan iqtisadiyyatını islah etsin. Əsas səbəblərdən biri prosesin məhdud dairədə aparılmasıdır.

Nazirlər Kabineti koordinasiyaedici orqan olsa da, prosesdə iştirak etmir və potensial da yoxdur. Dərin iqtisadi islahatlara iddia etmək mümkündür, amma buna nail olmaq üçün çox işlər görülməlidir. Sistemsiz addımlar islahat kimi dəyərləndirilə bilməz.

Bunun nəticəsində son üç ayda xarici ticarət balansında mənfi saldo yaranıb. Sonuncu dəfə 2003-cü ildə bu hal olmuşdu. Son 11 ildə tədiyyə balansının cari hesablar balansında kəsir olmamışdı, hazırda kəsirlər ifadə olunur.

İnflyasiya səviyyəsi neçə illərdir ikirəqəmli deyildi, 7 ildən sonra ikirəqəmli inflyasiya ilə qarşılaşdıq. Bütün bunlar elan olunan islahat kursuna sadiqliyin nümayiş etdirilməməsidir”.

Daha çox göstər
Back to top button