Vyanada qrupun üzvülərinə Ermənistan və Azərbaycanın prezidentlərinin görüşü nəticələrini və münaqişənin nizamlanması istiqamətində gələcək addımlar barədə məlumat verəcək

ATƏT MQ həmsədrləri bazar ertəsi Vyanada qrupun üzvülərinə Ermənistan və Azərbaycanın prezidentlərinin görüşü nəticələrini və münaqişənin nizamlanması istiqamətində gələcək addımlar barədə məlumat verəcək.
Bu haqda bazar günü amerikalı həmsədr Ceyms Uorlik Twitter-ki blokunda yazıb.
“ATƏT MQ həmsədrləri bazar ertəsi günü Vyanada qrupun üzvülərini Ermənistan və Azərbaycanın prezidentlərinin görüşünün nəticələri haqqında və Qarabağ münaqişəsinin nizamlanması istiqamətində gələcək addımları barədə məlumatlandıracaq”-deyərək amerikalı həmsədr yazır.
Xatırladaq ki, Sankt Peterburqda iyunun 20-də Ermənistanın,Rusiyanın və Azərbaycanın prezidentlərinin üçtərəfli görüşü keçirilib.
Ondan sonra prezidentlər Serj Sarkisyan,Vladimir Putin və İlham Əliyev birgə bəyanatla çıxış ediblər.