Ekonomika

Mətbuat icmalı: “Dollar iki manatı da vurub keçə bilər”

“Azərbaycan”: İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
“İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Bu haqda bbc.az məlumatlandırıb.

Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi.
…Prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışdı, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu dedi.

Bildirdi ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır.

İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. “2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”, – deyən dövlət başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirdi.
…Dövlət başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirdi. Bundan əlavə, Prezident İlham Əliyev “ASAN xidmət”in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, …diqqətə çatdırdı.

Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən Prezident İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə etdi,” qəzet yazır.
“Azərbaycan”: Natiq Əliyev: AÇG yataqlar bloku üzrə heç bir maliyyə və texnoloji problem yoxdur
““Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə nə maliyyə, nə texniki, nə də texnoloji problem var. Həmin yataqlar blokunda bu gün ən müasir texnologiyalardan istifadə olunur.
AzərTac xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, AÇG Xəzərin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Azərbaycanın öz yataqlarının istifadəsi və işlənməsində heç bir çətinliyi yoxdur.”
“Yeni Müsavat”: Əkrəm Həsənov: “Dollar iki manatı da vurub keçə bilər”
“Ekspert Əkrəm Həsənov musavat.com-a açıqlamasında bildirib ki, …manatın indiki məzənnəsini ilin sonuna kimi saxlamaq mümkün olmayacaq: “Yəni, indi məzənnə 1,55-dirsə, ən yaxşı halda, 170-ə kimi gedib çıxacaq.
Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası normal addımlar atarsa, manat nisbətən az dəyər itirə bilər. Ola bilər ki, vəziyyət bundan da pis olsun, dollar iki manatı da vurub keçsin.
Bu ehtimal da var və böyükdür. Əgər tədbirlər görülməsə, belə də olacaq. Manatla bağlı proqnozu altı aylıq verərdim, üç ay ərzində ola bilər ki, məzənnəni zorla saxlasınlar.
Altı ay ərzində isə saxlamaq mümkün olmayacaq. Birincisi, Amerikanın Federal Ehtiyat Sistemi dollar kredirləti üzrə faiz dərəcəsini bu il mütləq artıracaq. Bu, dolların dünyada bahalaşmasına gətirəcək.
Digər tərəfdən də ilin sonuna neftin qiymətinin yenidən azalması ehtimalı çoxdur. Çünki həm Səudiyyə Ərəbistanı, İran, hətta Amerikanın özü də neft hasilatını artırır.
Bizdə isə əksinə, neft hasilatı azalır. Dollar gəlirlərimizin həcmi də azalacaq, dollar azalacaq. Manatın ucuzlaşacağının əsas səbəblərdən biri budur ki, Azərbaycan iqtisadiyyatında ciddi milli valyuta kütləsi azdır.
Mərkəzi Bank get-gedə onu artırır, banklara kreditlər vermək yolu ilə bunu artırır. Bu proses mütləq davam edəcək. Kreditlərin verilməsi zamanı isə onların bir hissəsi dolların alışına gedəcək.
Bu halda Mərkəzi Bank və Palata addımlar ata bilər ki, devalvasiya çox kəskin olmasın. Onlar Mərkəzi Bank tərəfindən banklara verilən kreditlərin təyinatı üzrə xərclənməsinə tam nəzarət etməlidirlər.
Banklar manat kreditlərini dollar alışı üçün almırlar. Alırlar ki, kredit versinlər, biznesə, ölkə iqtisadiyyatının inkişafına kredit ayırsınlar. Amma çox zaman reallıqda belə olmur. Kreditlərdən təyinatı üzrə istifadə etmirlər.
Mərkəzi Bank və Palata buna nəzarəti gücləndirməlidir. Hazırda belə nəzarət sistemimiz yoxdur. Bu, olsa, edə bilsələr, devalvasiya elə də güclü olmaya bilər,” ekspert qəzetə bildirib.

Daha çox göstər
Back to top button