Beynəlxalq

Nazim Məmmədov: “İndiki hökumət islahatlara qadir deyil”

Prezident İlham Əliyevin ötən gün söylədiyi “dərin islahatlar” çox güman ki, sentyabrda başlayacaq. Bu barədə Azərbaycan İqtisadçılar Klubunun rəhbəri Nazim Məmmədov “Cətin sual” proqramına müsahibəsində bildirib. Bu haqda Contact.az məlumatlandırıb.

Onun sözlərinə görə, son vaxtlar islahatlar sahəsində müəyyən addımlar atılıb. Belə ki, bəzi dövlət orqanları birləşdirilib, xərclər azaldılıb, yoxlamalar dayandırılıb, lisenziyalaşdırma qaydaları sadələşdirilib və s. Lakin bütün bunlar arzuedilən effekti verməyib.

Çünki hələ də inhisarçıların hökmranlığı qalır, azad rəqabət atmosferi, ucuz maliyyə imkanları yoxdur, manat yeni devalvasiya təhlükəsilə ucuzlaşmaqda davam edir.

N.Məmmədov hesab edir ki, islahatlara Nazirlər Kabinetindən başlamaq vacibdir.

Bu gün hökumət 40 strukturdan ibarətdir ki, bunlar da çox vaxt bir-birini təkrar edir. Baş nazirin 6 müavini var, lakin heç birinin funksiyası tam aydın deyil.

Bu gün Gürcüstanda olduğu kimi, 20 nəfərdən ibarət mobil hökumət lazımdır. Gürcüstanda baş nazirin cəmi iki müavini var ki, onlar da eyni zamanda nazirlərdir.

N.Məmmədov Azərbaycanın indiki hökumətinin bacarığını skeptik qiymətləndirir, belə ki, hökumət üzvlərinin çoxu 70 yaşındadır, baş nazir özü də daxil olmaqla, bəzisinin 75-80 yaşı var.

Digər tərəfdən, ölkə idxaldan çox asılıdır. Kənd təsərrüfatının yüksək potensialına baxmayaraq, ölkədə emal sənayesi yoxdur.

Ekspert biznesin inzibati təzyiqlərdən qorunması üçün vergi və sosial sığorta üzrə məcburi ödənişlərin birləşdirilməsini və indiki kimi 40% yox, 20% səviyyəsində müəyyən olunmasını təklif edir.

N.Məmmədov qeyri-effektiv qurum kimi Dövlət Sosial Müdafiə Fondunun ləğvini vacib sayır. Həmçinin gömrük ayrıca qurum kimi ləğv edilməli və Vergilər Nazirliynin tərkibinə verilməlidir.

Bank sektorunun sağlamlaşdırılması məqsədilə ölkənin təxminən 3-5 mlrd. valyuta ehtiyatı ucuz kreditlər qismində real sektorun maliyyələşdirilməsi üçün uzunmüddətli faizsiz kredit kimi yüksək korporativ mədəniyyət prinsiplərinə malik Azərbaycan banklarına verilməlidir.

Ekspert regionlarda idarəetmə sistemində də islahatların aparılmasını təklif edir. Onun fikrincə, hər rayonda icra hakimiyyəti, regional idarəetmə strukturunun yaradılmasına ehtiyac yoxdur

Daha çox göstər
Back to top button