Ekonomika

İyunda SOCAR-ın dövlət büdcəsinə ödənişləri 20% azalıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin iyun ayında dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödənilmişdir. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin anoloji ayında Şirkət dövlət büdcəsinə 123 milyon 688 min manat vəsait ödənilmişdi. Qısası, aylıq müqayisədə ödəniş 20% azalıb.

Bu haqda azadliq.org məlumatlandırıb.

“Marja” şirkətə istinadən xəbər verir ki, ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında SOCAR tərəfindən büdcəyə 661 milyon 742 min manat vəsait ödənilmişdir. Ötən ilin eyni dövründə SOCAR büdcəyə 2015-ci ilin yanvar-iyun aylarında büdcəyə 728 milyon 730 min manat ödmişdi. İllik müqayisədə 7,2% təşkil edib.

Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 173 min manat vəsait köçürmüşdür. Qeyd edək ki, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 101,9 faiz çox olmuşdur.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 532 min manat təşkil etmişdir. 2015-ci ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 784 min manat təşkil etmişdi.

Daha çox göstər
Back to top button