Beynəlxalq

Məleykə Abbaszadə: “İmtahanlar pullu olacaq”

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə vətəndaşları təəccübləndirərək bildirib ki, bundan sonra Azərbaycanda imtahanların keçirilməsi üçün xərcləri dövlət deyil, abituriyentlər özləri ödəyəcəklər.

Bu haqda Contact.az məlumatlandırıb.

Onun sözlərinə görə, bu, dövlət qulluğuna imtahanlar da daxil olmaqla, bütün səviyyələrdə qəbul imtahanlarına aiddir. Yalnız buraxılış imtahanları istisna təşkil edəcək, çünki ölkədə orta təhsil pulsuzdur.

Hazırda Azərbaycanda qəbul imtahanlarında iştirak etmək üçün abituriyent 2 manat həcmində rüsum ödəyir. M.Abbaszadənin sözlərinə görə, yenilik bu il imtahan verənlərə şamil edilməyəcək, onlar ancaq hazırki tarif üzrə dövlət rüsumunu ödəyəcəklər.

Lakin o, qəbul imtahanlarında iştiraka görə ödəniləcək məbləği və bu ödənişin ail məktəbə və ya ixtisas qrupuna görə dəyişib-dəyişməyəcəyini açıqlamayıb.

Hakimiyyətin bu ideyası təhsil sahəsində ekspertlərin tənqidinə səbəb olub, lakin hələlik şərh vermirlər. Lakin onlar bu yeniliyi abituriyentlər arasında ayrı-seçkiliyin salınması, təhsilə marağın azalmasına yönələn tədbir kimi qiymətləndirirlər.

Daha çox göstər
Back to top button