Ekonomika

Anglo Asian şirkətinin Azərbaycanda qızıl istehsalı altı faiz azalıb

Azərbaycanın qızıl istehsalçısı Anglo Asian mədən şirkəti cümə axşamı bildirib ki, ilin ilk yarısı üçün məhsul istehsalı 5.9 faiz azalaraq 33,837 unsiyaya düşüb.
Lakin məlumata görə, onlar 2016-cı il üçün istehsal hədəflərini dəyişməyiblər. Bu il üçün istehsal hədəfi 73,000 – 77,000 unsiya təşkil edir.

Bu haqda bbc.az məlumatlandırıb.

2015-ci ildə şirkət qızıl istehsalını 19 faiz artırıraraq 72,032 unisyaya çatdırıb və illik hədəfinə çatıb, Reuters agentliyi xəbər verir.
Şirkət Azərbaycanın Gədəbəy əsas mədənində və Qoşa mədənində mis istehsalını ilk altı ayda 418 tondan 969 tona çatdırıb.

Həmçinin oxuyun: Əliyevin qızları qızıl mədənləri konsorsiumunda “56 faiz paya sahibdir”
Onun gümüş istehsalı isə 90,782 unsiyaya qədər artıb. Bu rəqəm əvvəllər sadəcə 6,477 unsiya təşkil edirdi.

“İlin ikinci yarısı yaxşı hava şəraitinə görə bizim üçün ən məhsuldar dönəm olub və istehsalımıza fəaliyyətə başlayacaq ikinci yarı avtogen üyütmə zavodu da kömək edəcək. Zavod fəaliyyətinə gələn ay başlayacaq,” Anglo Asioan-ın baş icraçı direktoru Rza Vəziri bildirib.
“Buna görə də 2016-cı ildə istehsal hədəfimizə çatacağımıza inanırıq”.

Bu ilin ikinci rübündə qızıl külçələrinin satışı 15,661 unsiya təşkil edib, qiyməti bir unisya üçün təxminən 1,265 dollar təşkil edib.
İlin ilk rübündə bu 12,058 unsiya olub və unsiyası 1,184 dollara satılıb.

Azərbaycanda qızıl Gədəbəy və digər mədənlərdə Anglo Asian şirkəti tərəfindən istehsal olunur. Dövlət şirkətdə 49 faiz paya sahibdir.
Anglo Asian Gədəbəydə istehsalata 2009-cu ilin iyul ayında başlayıb. Ümumilikdə şirkət Azərbaycanın qərbində yeddi mədən istismar etməyi planlaşdırır.
Bölgənin qızıl ehtiyatları 430 ton olduğu təxmin edilir.

Daha çox göstər
Back to top button