Azərbaycan Türkiyəyə hərbi bazalar ayırıb lakin MN-də bunu açıq-aşkar bəyan etmək istəmir

Prezident İlham Əliyev iyulun 20-də Azərbaycan və Türkiyə Hökumətləri arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının
Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Müdafiə Nazirliyinə protokolun müddəalarını həyata keçirmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.
Protokol 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanıb . Bu haqda contact.az məlumatlandırıb.
Azərbaycanın hakimpərəst “Trend” informasiya agentliyi bildirib ki, Azərbaycanın MN Azərbaycanda xarici hərbibaza yaradılması barədə informasiyanı təkzib edib.
Azərbaycanın Müdafiə nazirinin müavini hərbi hava qüvvələrinin komandiri Ramiz Tahirov elan edib ki, Azərbaycan prezidenti tərəfindən bu
günlərdə təstiq olunmuş protokola əsasən “Qızıl Şərq” qoşun qəsəbəsinin ərazisində olan bina, hansı ki, 90—cı illərdən bəri istifadə
olunurdu, “Azərbaycanda Türkiyənin hərbi nədzinin iş heyətinə kirayəyə verilib “.