Beynəlxalq

Əli Kərimli: – ‘Hər şey xalqın öz seçiminə qaldı’

AXCP sədri Əli Kərimli deyir ki, Konstitusiya Məhkəməsi gözlənən qərarı verib: «Konstitusiya Məhkəməsi formal bir qurumdur. Siyasi hakimiyyətin diktəsi ilə oturub durur. Aktda bəzi müddəalar Konstitusiya zidd olsa da, güman edirdik ki, Konstitusiya Məhkəməsi cəsarət

edib ona «yox» deməyəcək. Gözlədiyimiz oldu».
Bu haqda azadliq.org məlumat verib.

Ə.Kərimli deyir ki, AXCP maraqlı tərəf kimi Plenumda onların da iştirak etmələrinə şərait yaradılmasını istəmişdi, ancaq bu imkan onlara verilmədi: «Növbəti dəfə sübut olundu ki, Azərbaycanda heç bir müstəqil məhkəmə hakimiyyətindən söhbət gedə bilməz. Yəqin ki, Milli Məclis

növbədənkənar seçki keçirib referendum günü təyin edəcək».

Daha çox göstər
Back to top button